11 İyul 2026
İdman

“Zirə” ÇL-in yarımfinalında uduzdu

Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində təşkil olunan Çempionlar Liqasında finala yüksələ bilməyib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi yarımfinalda Monteneqronun “Sabornoq Xrama” klubuna məğlub olub.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” üçüncü yer uğrunda matçda son çempion AEK (Rumıniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43