10 İyul 2026
İdman

“Sabah” Serbiya klubuna məğlub oldu

“Sabah” basketbol klubu Serbiyada təşkil edilən təlim-məşq toplanışında ikinci yoxlama görüşünü keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu yerli “Radniçki” klubu ilə qarşılaşıb.

Belqradda baş tutan matç gərginliyi ilə diqqət çəkib. Serbiyanın yüksək liqa təmsilçisi sonda 82:81 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Sabah” ilk yoxlama oyununda Serbiyanın digər komandası “Vrsac”a 57:62 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43