Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.
İdmanxeber.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İordaniya yığmasını qəbul edib.
“Dalğa Arena”da gerçəkləşən görüşdə millimiz meydandan qalib ayrılıb – 2:1.
Beynəlxalq yoldaşlıq oyunu
20:00. Azərbaycan – İordaniya 2:1
Qol: Emin Mahmudov, 45+1-pen.(1:0), Nizar Əl Raşdan 57 (1:1), Renat Dadaşov, 79
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Bakı. “Dalğa Arena”.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə uduzub.