22 İyul 2026
Ölkə futbolu

Fransa millisinin sabiq üzvü Azərbaycan klubunda

“Səbail” Fransa yığmasının sabiq futbolçusunu transfer edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsində paylaşım edib.

Bildirilib ki, Fransanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının formasını geyinmiş Silvayn Deslandes bundan sonra Bakı klubunun şərəfini qoruyacaq. 26 yaşlı sol cinah müdafiəçisi yeni komandasında 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Fransada “Kan” klubunun yetirməsi olan Silvayn Deslandes son olaraq Macarıstan təmsilçisi “Debretsen”də çıxış edib. O, 2015-2020-ci illərdə İngiltərə klubu “Vulverhempton”a məxsus olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43