“Arsenal” yanvarda orta xətti Ruben Neves ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “topçular”ın baş məşqçisi Mikel Arteta portuqaliyalı yarımmüdafiəçinin oyununu çox bəyənir.
Neves bu yay 55 milyon avroya “Vulverhempton”dan “Əl-Hilal”a transfer olunub. 26 yaşlı oyunçu Ərəbistan klubunda 17 oyuna 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

