“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsel karyerasını harada davam etdirmək istədiyinə qərar verib.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatı klubunun sərfəli təklifinə baxmayaraq, İspaniyada qalmaq istəyir. Belçikalı “Atletiko” ilə müqaviləsini uzatmaq niyyətindədir.
Vitsel 2022-ci ilin yayında La Liqa klubuna keçib. Cari mövsümdə yarımmüdafiəçi 15 matçda iştirak edib, 1 qol vurub.