Azərbaycan Premyer Liqasının XIV turunda “Sabah” doğma meydanda “Qarabağ”la üz-üzə gələcək.
İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisinin zədəli olan futbolçuları – Jarl Marqarita və Kristian Sebalyos çalışmalara başlayıb. Onlar hələlik komandadan ayrı fərdi məşqlər edilər.
İki oyunçunun da “Qarabağ”a qarşı oynayıb-oynamayacağı həftə ərzində bəlli olacaq.
Xatırladaq ki, “Sabah” – “Qarabağ” matçı noyabrın 24-da keçiriləcək.