26 Noyabr 2024
İdman

İlin çempionu bəlli oldu

Tennis üzrə ilin yekun turniri başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, finalda italiyalı Yannik Sinnerlə serb Novak Cokoviç qarşılaşıb.

Eyni qrupda mübarizəyə başlayan tennisçilərin ilk qarşılaşması Sinnerin qələbəsi ilə bitmişdi. Ancaq qrupdakı oyundan fərqli olaraq Cokoviç bu dəfə rəqibə şans verməyib.

Hər iki setdə 6:3 hesabı ilə qalib gələn serb tennisçi turniri çempion kimi tərk edir. Bununla da o, karyerasında 7-ci dəfə yekun turniri qazanmış olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43