Bu gün Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. “Şəfa” “Şəmkir”i qəbul edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Şəfa” 5:3 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Şəfa” 2-ci təsnifat mərhələsində “Səbail”lə qarşılaşacaq.
20 noyabr (bazar ertəsi)
“Şəfa” – “Şəmkir” – 1:1 (penaltilər seriyası – 5:3)
Qollar: Sahib Cümşüdov, 26-pen. (1:0) Elgün Namazov, 58 (1:1)
Qırmızı vərəqə: Elcan Rəhimov, 75 (“Şəmkir”)
19 noyabr (bazar)
14:00. “Ağdaş” – “Cəbrayıl” – 0:2
14:00. “Şəki Siti” – “Kür-Araz” – 1:2
14:30. “Bakı Sportinq” – “Kürmük Qax” – 6:0
18 noyabr (şənbə)
13:00. “Füzuli” – “Lerik” – 0:1
13:00. “Qusar” – “Şahdağ Qusar” – 0:0 (penaltilər seriyası – 4:5)
14:30. “Göygöl” – “Dinamo” – 2:1
Azərbaycan kuboku, 2-ci təsnifat mərhələsinin cütlükləri
“Şəfa” – “Səbail”
“Zaqatala” – “Şamaxı”
“Turan Tovuz” – “Göygöl”
“Araz-Saatlı” – “İrəvan”
“Kür-Araz” – “Araz-Naxçıvan”
“İmişli” – “Mingəçevir”
“Lerik” – “Sumqayıt”
“Karvan” – “Difai Ağsu”
“Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
“Kəpəz” – “Baku Sportinq”
MOİK – “Cəbrayıl”