17 Noyabr 2024
Ölkə futbolu

Azər Bağırov: “İki fərqli hissə düşünmüşdük”

Azərbaycan Premyer Liqasının XIV turunda “Araz Naxçıvan” “Neftçi” ilə heç-heçə (1:1) edib.

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından Naxçıvan klubunun baş məşqçisi Azər Bağırov görüş barədə fikirlərini bildirib:

“İki fərqli hissə düşünmüşdük. Birinci hissədə müdafiədən oynamaq və əks-hücumlarda çıxış etmək, ikinci hissədə daha çox hücumda oynamaq istəyirdik. Fasiləyə yaxın künc zərbəsi zamanı ani diqqətsizlikdən qol buraxdıq. Bu, planlarımızda yox idi. Uşaqlara təşəkkür edirəm ki, iki ardıcıl məğlubiyyətdən sonra toparlanmağı bacardılar və “Neftçi” kimi komandaya qarşı bu cür mübarizə apardılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43