15 Noyabr 2024
Ölkə futbolu

“Sabah”ın futbolçusu 200-cü oyununu keçirdi

“Sabah”ın futbolçusu Namik Ələskərov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın XIV turuna təsadüf edib.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ”la ev matçına start heyətində çıxıb. O, 200 qarşılaşmada 38 qola imza atıb.

Namik Premyer Liqada 2011/2012 mövsümündə “Bakı”nın heyətində debüt edib. Yarımmüdafiəçi paytaxtın eyniadlı klubunda 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 105 (29 qol), “Sabah”da 36 (3 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Namik Ələskərov Azərbaycan çempionatları tarixində 200 və daha çox görüşə çıxan 148-ci futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43