“Napoli”nin hücumçusu Viktor Osimhen gələn yay “Çelsi”yə keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, London klubu mərkəz hücumçusu axtarışındadır və 24 yaşlı nigeriyalı “Çelsi”nin transfer siyahısına başçılıq edir.
Bildirilir ki, futbolçunun özü də Premyer Liqada oynatmağa müsbət yanaşır. Osimhenin “Napoli” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Transfermarkt portalı futbolçunun dəyərini 120 milyon avro qiymətləndirir.