“Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luis karyerasını başqa klubda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı Braziliya millisinin oyunçusuna “Mançester Siti” iddia edir. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola futbolçunun alınmasını tələb edir.
Bu mövsüm Duqlas Luis 20 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.