“Fənərbağça”nın zədəli futbolçuları – Ciku və Fred fərsi məşqlərə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, hər iki oyunçunun da qısa vaxtda yaşıl meydanlara qayıdacağı gözlənilir. Futbolçuların Türkiyə Super Liqasında bu tur keçirəcəyi “Sivasspor” matçında çıxış edə biləcəyi vurğulanıb.
“Fənərbağça” – “Sivasspor” görüşü dekabrın 4-də, saat 21:00-da start götürəcək.