“Tottenhem” ehtiyat qolkiperi Freyzer Forsterin müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı qapıçıyla yeni sözləşmə 2025-ci ilin yayına qədər imzalanıb.
Forster 2022-ci ildən London klubunda çıxış edir. Təcrübəli oyunçu bu mövsüm ancaq 1 oyunda qapını qoruyub.