AFFA-nın mətbuat katibi Elnur Məmmədli milli komandaya baş məşqçi təyinatı ilə bağlı yeni açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, Rusiya mətbuatına danışan federasiya rəsmisi yığmaya namizədlər arasında Kurban Berdiyev və Stanislav Çerçesovun mümkün təyinatını belə şərh edib:
“Hələlik baş məşqçi postuna konkret namizədimiz yoxdur. Azərbaycan millisinin növbəti rəsmi oyunları sentyabrda, yoxlama görüşləri isə martda keçiriləcək. Hələ ki, federasiyamız heç bir mütəxəssisə konkret təkliflə çıxış etməyib. Kurban Berdıyev və Stanislav Çerçesovun namizədliyi müzakirə olunmayıb”.