Türkiyə Süperliqasında mübarizə aparan “Alanyaspor” heyətini gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Alanya təmsilçisi “Nottingem Forest”dən Hvan Ui Çjonu heyətinə qatıb. Koreyalı forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Mövsümün ilk hissəsini icarə əsasında “Norviç”də keçirən 31 yaşlı hücumçu Çempionşipdə 17 oyuna çıxıb və 3 qol vurub.