“Qalatasaray” transferin son günlərində Kristian Erikseni heyətinə qatmaq istəyir.
İdmanxeber.az “Sky Sports”-a əsasən xəbər verir ki, danimarkalı oyunçu mövsümü “Mançester Yunayted”də tamamlamaq istəyir.
Eriksen 2022-ci ilin yayında “qırmızı şeytanlar”da çıxış edir. O, bu mövsüm 19 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Türkiyədə qış transfer pəncərəsi fevralın 9-u bağlanacaq.