“Mançester Yunayted”in oyunçusu Rasmus Hoylun sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” danimarkalı forvardın 2-3 həftə meydanlardan uzaq qalacağını açıqlayıb.
Hoylun ötən ilin yayında “Atalanta”dan 75 milyon avroya “Mançester Yunayted”ə transfer olunub. Son dönəmlər formada olan 20 yaşlı hücumçu ardıcıl 6 Premyer Liqa oyununda fərqlənməyi bacarmışdı.

