19 Oktyabr 2024
İdman

“Real” bu mövsüm ilk dəfə

Basketbol üzrə Avroliqada 27-ci turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, turun ən gözlənilməz nəticələrindən biri Madriddə baş verib. Çempionatın lideri “Real” evdə “Panatinaikos”a məğlub olub – 86:97. Ergin Atamanın komandası bu qələbə sayəsində ilk dördlükdə yerini qoruyub. 

“Real” bu mövsüm evində ilk dəfə məğlub olub.

Prinsipial qarşılaşmalardan biri Serbiyada baş tutub. “Partizan” doğma meydanda “Anadolu Efes”i məlubiyyətə uğradıb – 100:90. Bu uğursuzluq İstanbul klubunu pley-in zonasından bir qədər də uzaq salıb. Hazırda Türkiyə komandası 11 qələbəylə 15-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43