28 İyul 2026
Ölkə futbolu

“Zirə”nin futbolçusu 100-ə çatdı

“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 28-ci turunun “Sabah”la səfər matçına (1:0) start heyətdə çıxıb.

İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015/16 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.

O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İsmayıl bütün qollarını Ağdam klubunda vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43