“Qarabağ”ın 2024/2025-ci illər mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk potensial rəqibi məlum olub.
İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun komandası səpələnməmişlərdə yer alacaq İslandiyanın “Vikinqur” klubu ilə üz-üzə gələ bilər.
Yarışa I raunddan qoşulacaq 6 komandadan yalnız adalılar səpələnməmişlər səbətində yer alacaq. Ağdam təmsilçisi 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.
“Köhlən atlar” I mərhələni keçsə, II raundda da səpələnmişlərdə olacaq.
Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

