10 İyul 2026
Dünya futbolu

Matsen Dortmundda qalmaq istəyir

İan Matsen karyerasını Dortmund “Borussiya”sında davam etdirmək istəyir.

İdmanxeber.az məlumat verir ki, gənc oyunçunun atası da Dortmundda xoşbəxt olduqlarını bildirib:

”Bəli, biz burda xoşbəxtik. Burda qalmaq üçün danışıqlar aparırıq. Oğlum üçün rəhbərlik dəyişəndən sonra “Çelsi”də işlər yaxşı getmədi”.

Xatırladaq ki, müqaviləylə “Çelsi”yə məxsus olan Matsen yanvar ayından bəri icarə əsasında “Borussiya”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43