29 İyun 2026
Ölkə futbolu

“Sabah” uduzdu, “Sumqayıt” qalib gəldi – YENİLƏNİB

Bu gün Premyer Liqada 34-cü tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda mövsümü sonuncu pillədə başa vuracağı dəqiqləşən “Qəbələ” 4-cü yerdəki “Sabah”ı qəbul edib. Görüş ev sahibi komamdanın qələbəsi ilə başa çatıb -2:0.

Bu oyuna qədər 5-ci yerdə olan “Sumqayıt” isə avrokuboklara vəsiqə qazanmaq şansını itirən “Səbail”lə üz-üzə gəlib. Oyun “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xallarını 54-ə çatdıran Samir Abasovun komandası 2-ci pilləyə yüksəlib.

12 may (bazar)

19:30. “Sumqayıt” – “Səbail” – 2:1

Qollar: Kasimir Ninqa, 41-pen.(1:0), 45 (2:0), Aleksandr Ramalinqom, 90+4 (2:1)

17:00. “Qəbələ” – “Sabah” 2:0

Qol: Əyyub Allaş, 33, Klesio Bauk, 45+2

Qırmızı vərəqə: Davit Volkov, 65 (“Sabah”)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43