Azərbaycan I Liqası 26-cı turunda “Şamaxı” səfərdə “Qaradağ Lökbatan”ı məğlub edib (3:2).
İdmanxeber.az-ın məlumatına görə, çempionluq yolunda vacib qələbə qazanan bölgə klubu ilk pilləyə yüksəlib. Görüşün ardından “Şamaxı” futbolçuları və rəhbərliyi böyük sevinc yaşayıb.
Xatırladaq ki, bölgə təmsilçisi son turda doğma meydanda “Araz Saat”lı ilə qarşılaşacaq. Komanda bu görüşdə də qalib gələrsə, Premyer Liqaya vəsiqə qazanacaq.

