Azərbaycan I Liqasında son turun təqvimində dəyişiklik olub.
İdmanxeber.az-ın məlumatına görə, oyunlar öncədən nəzərdə tutulduğu kimi ayın 23-də yox, bir gün tez – 22-də baş tutacaq.
Çempinonun bəlli olacağı turda mükafatlandırma mərasimi isə bir gün sonra – mayın 23-də keçirləcək. Mövsümü çempion kimi tamamlayan kluba kubok öz meydanında təqdim ediləcək.
Xatırladaq ki, son turda “Şamaxı” doğma meydanda “Araz Saatlı”nı məğlub etsə, qızıl medallara yiyələnəcək.

