24 Sentyabr 2024
Dünya futbolu

“Mançester Siti” qapıçı transfer edir

“Verder”in qapıçısı Maykl Zetterer karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı almaniyalının xidmətində “Mançester Siti” iddialıdır. Əgər Ederson komandadan ayrılsa, Zetterer ikinci qapıçı ola bilər.

Ötən mövsüm qolkiper Almaniya çempionatında 27 oyun keçirib və 37 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43