Uzun müddətdi ki, zədə səbəbindən “Neftçi”yə kömək edə bilməyən Azər Əliyev klubdan ayrıla bilər.
İdmanxeber.az-a daxil olan məlumata görə, “ağ-qaralar” yarımmüdafiəçi ilə yolları ayırmaq qərarına gəlib. Klub futbolçü üçün ediləcək təkliflərə müsbət yanaşmağı planlaşdırır.
29 yaşlı futbolçunun göndərilməsinə mane olan yeganə şərt, hazırda da davam edən müqaviləsidi. Azər Əliyevin klubla 1.5 illik müqaviləsi qalmaqdadı. “Neftçi” isə onu dilə tutmağa çalışır.
Əgər tərəflər təzminat məsələsində ortaq məxrəcə gələ bilsə, o zaman, Azər Əlyevin “Neftçi” karyerası başa çatmış olacaq.
Qeyd edək ki, Əliyev 2022-ci ildən “Neftçi” forması geyinir.