“Beşiktaş”da növbəti ayrılıq rəsmiləşib.
İdmanxeber.az-ın məlumatına görə, “qara qartal” Raşid Qezzalla yolları ayırıb.
2020-ci ildən İstanbul klubunun formasını geyinən əlcəzairli oyunçunun başa çatan müqaviləsi uzadılmayıb.
Yarımmudafiəçi “Beşiktaş”da bu illər ərzində ümumilikdə 123 oyuna çıxıb, 17 qol vurub və 33 məhsuldar ötürmə edib.