“Mançester Yunayted”in futbolçusu Harri Maquayr İngiltərə millisinin heyətinə daxil edilməyə bilər.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb futbolçunun səhhətində problem yaranmasıdı. O, hazırda mütəxəssislərin təyin etdiyi fərdi proqramla məşğuldur.
Avro-2024 gələn həftə start götürür. İngiltərə yığması qrup mərhələsində Serbiya (16 iyun), Danimarka (20 iyun) və Sloveniya (25 iyun) ilə qarşılaşacaq.