Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun hakim təyinatları açıqlanıb
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə – Portuqaliya matçı almaniyalı referiyə tapşırılıb.
Görüşün baş hakimi Feliks Zvayerə Stefamo Lupp və Marko Açmüller köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Xesus Gil Manzano (İspaniya) yerinə yetirəcək.
Türkiyə – Portuqaliya görüşü iyunun 22-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.