“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubla müqaviləsini uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, yaxın günlərdə rəhbərlik 54 yaşlı niderlandlı ilə sözləşmə yeniləyəcək.
Ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”ə rəhbərlik edir. Ötən mövsüm mankunianlılar Premyer Liqa turnir cədvəlini səkkizinci pillədə başa vurub və İngiltərə Kubokunu qazanıblar.