Türkiyə millisi Avro-2024 1/8 final mərhələsində Avstriya ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, görüş iyulun 2-də Leypsiqdəki (Almaniya) “Red Bull Arena”da baş tutacaq. Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Komandalar bu gənə qədər rəsmi oyunlarda 6 dəfə üz-üzə gəlib. Avstriyalılar rəqibindən bir dəfə güclü olubsa, dörd dəfə türklər qalib gəlib.
Digər görüş isə heç-heçə ilə yekunlaşıb.