Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin görüşlərinə iyunun 29-da start veriləcək.
İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə İsveçrə və İtaliya yığmaları üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Avro-2024
1/8 final mərhələsinin təqvimi
29 iyun
20:00. İsveçrə – İtaliya
23:00. Almaniya – Danimarka
30 iyun
20:00. İngiltərə – Slovakiya
23:00. İspaniya – Gürcüstan
1 iyul
20:00. Fransa – Belçika
23:00. Portuqaliya – Sloveniya
2 iyul
20:00. Rumıniya – Niderland
23:00. Avstriya – Türkiyə
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.