“Empoli” “Nitsa”nın müdafiəçisi Mattia Vitini icarəyə götürdüyünü açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub. 22 yaşlı italyan ötən mövsümü icarə əsasında “Sassuolo”da keçirib. 18 matçda 1 qol vurub.
Viti “Empoli”nin yetirməsidi. Oradan 2022-ci ilin yayında 13 milyon avroya “Nitsa”ya köçüb.