01 İyul 2026
İdman

Azərbaycandan ayrılan oyunçu İspaniya klubunda

Ötən mövsüm “Milli Aviasiya Akademiyası”nda çıxış edən voleybolçu Mariam Beriaşvilinin yeni klubu məlum olub.

İdmanxeber.az xəbər verir ki, gürcüstanlı oyunçu İspaniyanın “Kile Sokuelamos” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.

İyirmi üç yaşlı voleybolçu “Milli Aviasiya Akademiyası”na ötən il keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43