Belarusun “Dinamo” (Minsk) klubu avrokubok oyunlarını Azərbaycanda keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, Rusiya – Ukrayna müharibəsinə görə Minsk klubu ev oyunlarını Belarusda keçirə bilər. Avropa Liqası pley-off mərhələsinə vəsiqə qazanan “Dinamo” isə artıq Konfrans Liqası qrup mərhələsini təmin edib.
Bildirilir ki, “Dinamo” 2024/25 avrokubok mövsümünün ev oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək.
“Dinamo” AL pley-off mərhələsində “Anderlext”lə (Belçika) görüşəcək.