21 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” “Araz Naxçıvan”ı qəbul edir – YENİLƏNİR

Misli Premyer Liqasının VII turunda bu gün daha bir oyun baş tutacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Turan Tovuz” klubu doğma meydanda “Araz Naxçıvan”la qarşılaşacaq.

Tovuz Şəhər Stadionunda keçiriləcək görüş 18:00-da start götürəcək. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Hazırda “Turan Tovuz” 14 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 5-ci yerdə olan “Araz-Naxçıvan”ın isə 10 xalı var.

Azərbaycan Premyer Liqası

VII tur

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
VAR: Rauf Allahverdiyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43