22 Sentyabr 2024
Ölkə futbolu

Bir qol sevincinin gətirdiyi gərginlik – TOVUZDAN VİDEOLAR

Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz Naxçıvan” görüşündə ara qarışıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb qonaqların futbolçusu Felipe Santosun vurduğu qol sonrası çılğınca sevinməsi olub. Braziliyalının bu davranışı azarkeşləri özündən çıxarıb və onlar meydançaya yad əşyalar atıb.

Daha sonra Santos azakeşlərdən üzr istəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43