UEFA avrokuboklardakı oyunlarda baş verənlərə görə “Qarabağ”ı cərimələyib.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” Bolqarıstanda “Ludoqorets”lə görüşdə (2:7) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “komandanın düzgün olmayan davranışı”na görə 6000 avro ödəyəcək.
Ağdam təmsilçisi “Dinamo”(Zaqreb) ilə Bakıdakı (0:2) görüşdə isə daha çox ziyana düşüb. Azərbaycan çempionu “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro ziyana düşüb. Ümumilikdə “Qarabağ” 28,500 avro cərimələnib.