23 Sentyabr 2024
Dünya futbolu

“Barselona”ya oyunçusundan bəd xəbər

“Barselona”nın qapıçısı Mark Andre ter Ştegen üçün mövsüm erkən başa çata bilər.

İdmanxeber.az-ın məlumatına görə,  “Vilyarreal”la oyunda rəqib oyunçu ilə toqquşmada ağır zədə alan və meydanı xərəkdə tərk edən qapıçının durumu ciddidir. Futbolçuya vətərin yırtığı diaqnozu qoyulub.

Qolkiper üçün mövsümün erkən başa çata biləcəyi vurğulanıb. Müalicəsi davam edən oyunçu barədə yaxın günlərdə rəsmi açıqlama veriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43