“Roma” Paulo Dibalaya yeni müqavilə təklif etməyib.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu oyunçuyla bununla bağlı heç bir danışıq aparmır. Yerli mətbuat “Roma”nın Dibaladan razı olduğunu bildirir.
Xatırladaq ki, argentinalının klubla 2025-ci ilə qədər sözləşməsi var.