“Mançester Yunayted” “Barselona”da çıxış edən Rafinya ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Braziliya millisinin də şərəfini qoruyan futbolçu qışda Premyer Liqa nəhənginə keçə bilər. Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədər olan “sambaçı”nın sərbəstqalma dəyəri 50 milyon avrodu.
Mançestr klubu isə bu məbləği qarşılamaq niyyətindədi. Futbolçunun qaışda “qırmızı şeytanlar”a keçəcəyi gözlənilir.