“Liverpul” Muhammed Salahla müqavilə uzatmaq niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər bir müddətdi danışıq aparsa da, razılığa gələ bilməyib. İngiltərənin “Sky Sport” nəşri iddia edir ki, rəhbərliyin misirli hücumçu ilə danışıqları müsbət nəticələnməyib.
Salahın “qırmızılar”la müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.