“Real”ın sabiq kapitanı Serxio Ramosun yenidən Madrid klubuna qayıdacağı ilə bağlı xəbərlər dolaşır.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Naço Fernandes açıqlama verib. O, Ramosun klubun əfsanəsi olduğunu və komandaya qayıdacağı təqdirdə çox sevinəcəyini bildirib.
Xatırladaq ki, 38 yaşlı mərkəz müdafiəçisi azad agent statusundadı.