04 İyun 2026
Ölkə futbolu

Azərbaycan millisi Moldova ilə heç-heçə etdi – YENİLƏNİB

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

İdmanxeber.az xəbər verir ki, Elxan Abdullayevin komandası 3-cü turda Moldova ilə qarşılaşıb. Kişinyovdakı “Zimbru” stadionunda keçirilən görüş 2:2 hesabı ilə sona çatıb.

Komandamızın qollarını H. Nəzərli vurub. Bu nəticənin ardından Azərbaycan yığması qrupda 3 oyundan sonra 1 xalla sonuncu – 4-cüdür. Moldova komandası isə aktivindəki iki xalla – 3-cü yerdədi

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43