19 Noyabr 2024
Ölkə futbolu

Hakimləri təhdid edən məşqçiyə 5 oyun cəza verildi

AFFA İntizam Komitəsi I Liqada çıxış edən “Mingəçevir”in məşqçisi Namiq İbrahimlini beş oyunluq cəzalandırıb.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna mütəxəssisin VII turda “Baku Sportinq”lə matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir və təhdid etməsi səbəb olub.

Klub onun bu hərəkətinə görə 500 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43