19 Noyabr 2024
Dünya futbolu

Fernando Torres “Deportivo”ya “yox” dedi

İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan Fernando Torres “Deportivo”ya rəhbərlik etmək təklifini  rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, komanda hazırda İspaniya Sequndasında 16-cı yerdədir. Sabiq futbolçu klubda işləmək istəməyib.

İddia edilir ki, Torres “Atletiko”dan təklif gözləyir. Madrid klubunun Dieqo Simeone ilə yollarını ayıra biləcəyi bildirilir. 

Xatırladaq ki, Fernando “Atletiko”nun B komandasının baş məşqçisidir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43