“Qalatasaray” heyətini daha bir ulduz futbolçu ilə gücləndirmək niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi Son Hın-Mini transfer etmək istəyir.
“Qalatasaray” mövsümün sonunda “Tottenhem”lə müqaviləsi başa çatan yarımmüdafiəçini azad agent statusunda almağı planlaşdırır.
London klubunun da cənubi koreyalı vingeri komandada saxlamaq istədiyi bildirilir.
“Tottenhem” Son Hın-Mini 2015-ci ilin yayında Leverkuzen “Bayer”indən transfer edib.