“Beşiktaş”ın idarə heyəti baş məşqçi Covanni van Bronxorstun gələcəyi ilə bağlı bu gün iclas keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu niderlandlı mütəxəssislə yolları ayırmaq niyyətindədi. Bu barədə tezliklə rəsmi açıqlama veriləcək.
Noyabrın 28-də “Beşiktaş” Avropa Liqasının ümumi mərhələsinin 5-ci turu çərçivəsində “Makkabi”yə uduzub (1:3).
29 yaşlı Van Bronxorst 2024-cü il iyulun 1-dən komandanın başına keçib. Onun rəhbərliyi altında “Beşiktaş” 20 oyunda 10 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət.
Komanda Türkiyə çempionatında 6-cı yerdə qərarlaşıb.